Thursday, April 18, 2019

Orhan Pamuk'un "Masumiyet müzesi",.

 İstanbul Beyoğlunun, Fatih Sultan Mehmetin İstanbulu fəthi zamanı ordularına cümə namazını "şu çukurda kılalım" deməsindən adını alan, günümüzdə antika mağazaları və 1913-cü ildən fəaliyyət göstərən "Asri turşucusu"yla məşhur olan Çukurcuma səmtində yerləşən, 1897-ci ildə tikilmiş bu üç mərtəbəli rum evini Orhan Pamuk 1999-cu ildə satın alıb. 



Muzey fikri kitab fikrindən daha öncə yaranıb. Yazar illərlə Türkiyə və xarici ölkələrdəki muzey və antika dükkanlarını gəzərək əşyalar toplayıb. Topladığı əşyaları, 10 ilə yaxın müddətdə ərsəyə gətirdiyi, Nişantaşılı zəngin ailədə böyümüş Kemal ilə uzaq kasıb qohumu 18 yaşlı Füsunun 1975-2000 illər arasında İstanbulda yaşanan eşqlərini anlatdığı romanında istifadə edib. Həm də romanda anlatdığı əşyaların da bənzərlərini axtarıb, tapıb, satın alıb. 

Kemal: Keskinlere gidip sofralarına oturduğum 8 yılda Füsun'un içtiği 4213 adet sigara izmaritini biriktirdim




“Masumiyet müzesi” kitabı 2008-ci ildə nəşr edilib, muzey isə 7 il öncə, 2012-ci ilin aprel ayında (28 aprel 2012) ziyarətə açılıb.


 Muzeydə romanın 83  bölümünə əsasən 83 vitrin yer alır. 

Orhan Pamuk romanı muzeyin son mərtəbəsindəki bu otaqda (Kemalin otağı) yazıb

Orhan Pamukun romanı yazdığı dəftərin vərəqləri,. 

Ara Gülerin çəkdiyi İstanbul fotoları
Romanın sonunda Kemalin son sözləri 

Muzey Bazarertəsi günləri istisna olmaqla, həftənin hər günü   səhər saat 10:00-dan axşam saat 18:00-dək (Cümə axşamları 10:00-21:00) ziyarətə açıqdır. 
Bilet Satışı 17:30-da  (Cümə axşamları 20:30-da) bitir

Bilet qiymətləri: 25 türk lirası (tələbələr üçün 15 türk lirası). 

Kitabın içərisindəki bu biletlə muzeyi ücrətsiz ziyarət etmək mümkündür. 


Wednesday, April 10, 2019

Bir Təpənin Hekayəsi,.

Övliya Çələbinin Səyahətnaməsində "İdris Köşkü Mesiresi" adı ilə bəhs edilən, İstanbulda "Altın Boynuz" kimi də tanınan Haliç mənzərəsinin ən gözəl  görsəndiyi təpə, günümüzdəki adını, Fransalı yazıçı Julien Viand-a, Fransaya aid Tahiti adasına səyahəti zamanı adanın yerliləri tərəfindən verildiyi rəvayət edilən Pierre Loti-dən alıb. 


Pierre Loti İstanbula ilk dəfə 1876-cı ildə hərbi vəzifəsi ilə əlaqədar gəlib. İstanbulun Eyüp səmtində yaşayıb. 18 yaşlı Çərkəz qızına və İstanbula olan eşqindən bəhs edən ilk romanı  "Aziyade"ni, o dönəm "Rabia Kadın Kahvesi" adlanan çay baxçasında qələmə alıb.  Və elə o vaxtdan da sözü gedən yerin adı Pierre Loti təpəsi və Pierre Loti kafesi olaraq qalıb. 


Hər zaman Türkləri çox sevdiyini bildirən Pierre Loti haqqında Türk ədiblərinin fikirləri olduqca müxtəlifdir. Bəziləri mədh edərkən, bəziləri də kəskin tənqid ediblər.  

Tarixçi Reşat Ekrem Koçunun Pierre Lotiden dostumuz deyə bəhs etdiyi yazısından


Yazıçı Nazim Hikmətin Pierre Loti haqqında yazıdğı "Şarlatan" şeri


Pierre Loti təpəsinə gedə bilmək üçün nəqliyyat vasitələri haqqında ətraflı məlumat əldə etmək üçün linklər 




Monday, April 8, 2019

Xalq arasındakı adı ilə Atlı Köşk,.

İstanbulun Emirgan səmtində yerləşən villa ilk dəfə 1925-ci ildə, Osmanlıda müasirləşmənin əsasını qoyan şəxs hesab edilən Kavalalı Mehmet Ali Paşanın nəslindən, Misir  Hidiv ailəsinin üzvü olan Prens Mehmed Ali Hasanın sifarişi ilə İtaliyalı memar Edoardo De Nari tərəfindən tikilib.
Kayseridən piyada Adanaya iş üçün gəlib zəngin iş adamına çevrilən Hacı Ömər Sabancı 1956-cı ildə köşkü satın almışdır.


Villanın önündəki, 1864-cü ildə fransız heykəltəraş Louis Doumas tərəfindən Parisdə hazırlanan, Ömər Sabancının, Mahmut Muhtar paşanın borclarını ödəyə bilmək üçün malikanəsində təşkil etdiyi hərracda aldığı at heykəli və həyətindəki, 4-cü Xaçlı Səfərləri zamanı İstanbulun indiki Sultanahmet meydanından alınaraq Venesiyadakı San Marco kilisəsi önünə yerləşdirilən 4 atdan birinin kopyası olan heykəldən dolayı  muzeyə xalq arasında “Atlı Köşk” də deyilir.



Köşkün Ömər Sabancıdan sonrakı sahibi Sakıp Sabancı, Sultan II Mahmudun yazdığı lövhəni satın almaqla toplamağa başladığı, Türkiyə Cumhuriyyətinin ilk dönəmlərində yaradılan əsərlərdən, məşhur xəttatların yazı örnəklərindən, 14-cü əsrin sonlarından 20-ci əsrə qədər hazırlanmış olan əlyazması Qurani-Kərim nüsxələrindən, çağdaş türk rəsm sənətinin öncüllərindən olan Abidin Dino arxivindən, türk və xarici rəssamların əsərlərindən,bənzərləri Topkapı Sarayı Muzeyinin Kitabxanası ilə Türk və İslam Əsərləri muzeyində olan kitablardan, Emirgan səmtindəki gündəlik həyat tərzlərini, boğaz kənarındakı yalıları, gəmiləri vəs. əks etdirən fotolardan ibarət kolleksiyaları uzun illər boyunca Atlı köşkdə saxlamışdır.  1998-ci ildə köşk Sabancı universitetinə bağışlanmış və 2002-ci ildə muzey kimi xidmətə açılmışdır.  







Osman HamdiBey - Vazoda Çiçəklər


Həftənin 1-ci günləri istisna olmaqla hər gün səhər saat 10:00-dan axşam saat 18:00-dək (çərşənbə günləri 20:00-dək) ziyarətə açıqdır. 

Bir nəfər üçün biletin qiyməti - 30 türk lirası;
Ən az 10 nəfərdən ibarət qrupla ziyarət edildiyində adambaşına - 25 türk lirası;
Tələbələr üçün - 5 türk lirası;
Çərşənbə günləri ziyarət pulsuzdur. 

Ən sonda muzeyin boğaz mənzərəli terasında yorğunluq içəcəyinizi unutmayın,. 

Bol günəşli sonbahar günündən,.


Saturday, April 6, 2019

Türkiyənin ilk və tək sinema və televiziya muzeyi: TÜRVAK,.

Kino, Teatr Muzeyi və İncəsənət Kitabxanası ilk dəfə 2001-ci ildə Türkiyənin, Beyoğlunda Atlas, Şişlidə Kent, Beykoz Kavacıkda Boğaziçi sinemalarının qurucusu və sahibi, rejissor və ssenari yazarı Türker İnanoğlu tərəfindən 1997-ci ildən fəaliyyət göstərən Türker Vəqfi nəzdində xidmətə açılmışdır. 




Muzeyin, “Sinema muzeyi”, “Sinema və televiziya muzeyi” və “Teatr muzeyi” adlı mərtəbələrində yerləşdirilmiş, türk kino və teatrında əvəzsiz xidmətləri olan rejissor və sənətçilərinin adlarını daşıyan  13 salonda, türk kinosunun yarandığı gündən tarix boyu istifadə edilən cihazlar, Kemal Sunal, Adile Naşit, Tarık Akan, Yılmaz Güney, Sadri Alışık və başqa aktyor və aktrisaların balmumu heykəlləri, Türkiyədə sinemanın doğulduğu yer hesab edilən Beyoğlunun sinemalarına aid tarixi sənədlər, Çalıkuşu, Sürü, Kemal Sunal filmləri və s. kino afişaları, çağdaş türk teatrının yaradıcısı, 1922-1939- cu illərdə Türkiyədə kino çəkən yeganə rejissor Muhsin Ertuğrulun ilk səsli türk filmi olan “İstanbul küçələri” nin çəkdiyi kamera, Türkiyə Dövlət Televiziyasının (TRT) ilk ağ-qara və rəngli kameralarının da daxil olduğu 17000-dən çox eksponat sərgilənir. 







 4-cü mərtəbədə türk yazarı Murat Urazın oğlu rejissor, kino və teatr aktyoru Ulvi Urazın adını daşıyan kitabxana yerləşir.  Kitabxanada kino, teatr, mədəniyyətə aid kitab, jurnal, sənədlər arxivi və oxuma zalı var.  







Ən üst mərtəbə Haliç və Boğaz mənzərəli 250 nəfərlik teras kafe kimi xidmət göstərir.  Muzey həm də sənət, ədəbiyyat, mədəniyyət tədbirləri və sərgilərə ev sahibliyi edir. 

Türker İnanoğlu balmumu heykeli 

İş günləri: Çərşənbə axşamı - Bazar günü : 10:00 - 18:00
Qiymətlər: 10 türk lirası; Tələbə, müəllim və təqaüdçülər: 5 türk lirası.
Ünvan: Yeni Çarşı küçəsi 24, Galatasary meydanı, Beyoğlu. 


Tuesday, April 2, 2019

22 fevral 2019-cu il tarixindən etibarən Bakı Şirvanşahlar Saray Kompleksində “İnkvizisiya - Orta Əslər İşgəncə Alətləri” adlı  sərgi xidmətə açılıb.

İnkvizisiya katolik kilisəsinə bağlı bir məhkəmə sistemi idi. 15-ci əsrdən başlayaraq təqribən 500 il boyunca 1 milyondan çox insan kafirlik, cadugərlik, zina, nigahdan kənar övlad dünyaya gətirmə vəs. bu kimi səbəblərlə ittiham edilərək işgəncələr görmüşdür.  


İnkvizisiya məhkəmələrinin simvolu

Soyuq, nəm və qaranlıq olan işgəncə otaqlarının döşəmə hissəsi axıdılan qanları əmə bilməsi üçün adətən qumla örtülü olurmuş.  İlk işgəncədən keçirildikdən sonra qurbanlar ac və susuz saxlanılır, xüsusi doktorlar tərəfindən müayinədən keçirilirdi. İttihamları qəbul etməyən qurbanlara ölənə qədər işgəncə verilirdi. İstintaq mərhələləri boyunca hər bir işgəncə bir öncəkindən daha ağrılı və daha dəhşətli olurdu. 


Günahkarlar çılpaq vəziyyətdə incə və kəskin payalara oturdulurdu. İşgəncənin mənbəyinin Aşur-Babil dövrünə aid olduğu təxmin edilir. Tarixdə Drakula ləqəbli Voyvoda III Vlad Tepeş də Osmanlı dövlətinin əsir düşən əskərlərini bu işgəncə üsulu ilə öldürmüşdür. 

İfritənin stulu -  müxtəlif ölçü və formalarda olan qızdırılmış, tikan və qandallarla təchiz edilmiş stullar xüsusilə cadugərliklə ittiham olunan qadınlar  üçün istifadə edilirdi.

İçərisi kəskin uclu tikanlarla təchiz edilmiş maskalar  "sahibləri" sayılan kişilərə, kişilərin hakimiyyətlərinə qarşı çıxan qadınlara qarşı tətbiq edilirdi. 

Dartma taxtası - Avropanın bütün yerlərində tətbiq edilən ən ağır işgəncə üsullarından idi.  Məhkumlar masanın üzərinə uzandırılır, əlləri, qolları zəncirlənir və əzələləri parçalana qədər dartılırdı. 

Bağırsağın çıxarılması - məhkumun qarnı cırılır, bütün içalatı çıxardılırdı. 

Fransa inqilabı ilə məşhur olan Gilyotin edam maşını (məhkumun kəlləsinin kəsilməsi)  fransalı Jozef İgnas-de Gilyoten tərəfindən təklif edilmişdi və onun düşüncəsinə görə daha ağrısız, daha humanist edam üsulu idi.  Fransa kralı XVI Lüdovik və xanımı Maria Antuanette də gilyotinlə edam edilmişdir.



Zina və cadugərlikdə ittiham edilən qadınlar üçün tətbiq edilən, "İspan atı" adı verilən işgəncə üsulu.  Məhkum qadınlar, vaginaları taxtanın kəskin ucuna sancılı şəkildə oturdulurdular. 

Sorğulama kürsüsü

Dünyanın bir çox şəhərlərində təşkil edilən sərgi 30 il öncə İtaliyalı kolleksioner C.Pier Luigi tərəfindən hazırlanıb. 

Ekspozisiyada 70-ə yaxın işgəncə aləti nümayiş olunur. 

Hər gün (10:00-18:00) xidmətə açıqdır və cari ilin avqust ayının 18-nə qədər davam edəcək. 
Giriş qiyməti - 5 AZN-dir. 

https://icherisheher.gov.az/az/calendar/34