Monday, April 8, 2019

Xalq arasındakı adı ilə Atlı Köşk,.

İstanbulun Emirgan səmtində yerləşən villa ilk dəfə 1925-ci ildə, Osmanlıda müasirləşmənin əsasını qoyan şəxs hesab edilən Kavalalı Mehmet Ali Paşanın nəslindən, Misir  Hidiv ailəsinin üzvü olan Prens Mehmed Ali Hasanın sifarişi ilə İtaliyalı memar Edoardo De Nari tərəfindən tikilib.
Kayseridən piyada Adanaya iş üçün gəlib zəngin iş adamına çevrilən Hacı Ömər Sabancı 1956-cı ildə köşkü satın almışdır.


Villanın önündəki, 1864-cü ildə fransız heykəltəraş Louis Doumas tərəfindən Parisdə hazırlanan, Ömər Sabancının, Mahmut Muhtar paşanın borclarını ödəyə bilmək üçün malikanəsində təşkil etdiyi hərracda aldığı at heykəli və həyətindəki, 4-cü Xaçlı Səfərləri zamanı İstanbulun indiki Sultanahmet meydanından alınaraq Venesiyadakı San Marco kilisəsi önünə yerləşdirilən 4 atdan birinin kopyası olan heykəldən dolayı  muzeyə xalq arasında “Atlı Köşk” də deyilir.



Köşkün Ömər Sabancıdan sonrakı sahibi Sakıp Sabancı, Sultan II Mahmudun yazdığı lövhəni satın almaqla toplamağa başladığı, Türkiyə Cumhuriyyətinin ilk dönəmlərində yaradılan əsərlərdən, məşhur xəttatların yazı örnəklərindən, 14-cü əsrin sonlarından 20-ci əsrə qədər hazırlanmış olan əlyazması Qurani-Kərim nüsxələrindən, çağdaş türk rəsm sənətinin öncüllərindən olan Abidin Dino arxivindən, türk və xarici rəssamların əsərlərindən,bənzərləri Topkapı Sarayı Muzeyinin Kitabxanası ilə Türk və İslam Əsərləri muzeyində olan kitablardan, Emirgan səmtindəki gündəlik həyat tərzlərini, boğaz kənarındakı yalıları, gəmiləri vəs. əks etdirən fotolardan ibarət kolleksiyaları uzun illər boyunca Atlı köşkdə saxlamışdır.  1998-ci ildə köşk Sabancı universitetinə bağışlanmış və 2002-ci ildə muzey kimi xidmətə açılmışdır.  







Osman HamdiBey - Vazoda Çiçəklər


Həftənin 1-ci günləri istisna olmaqla hər gün səhər saat 10:00-dan axşam saat 18:00-dək (çərşənbə günləri 20:00-dək) ziyarətə açıqdır. 

Bir nəfər üçün biletin qiyməti - 30 türk lirası;
Ən az 10 nəfərdən ibarət qrupla ziyarət edildiyində adambaşına - 25 türk lirası;
Tələbələr üçün - 5 türk lirası;
Çərşənbə günləri ziyarət pulsuzdur. 

Ən sonda muzeyin boğaz mənzərəli terasında yorğunluq içəcəyinizi unutmayın,. 

Bol günəşli sonbahar günündən,.


No comments:

Post a Comment