Tuesday, April 2, 2019

22 fevral 2019-cu il tarixindən etibarən Bakı Şirvanşahlar Saray Kompleksində “İnkvizisiya - Orta Əslər İşgəncə Alətləri” adlı  sərgi xidmətə açılıb.

İnkvizisiya katolik kilisəsinə bağlı bir məhkəmə sistemi idi. 15-ci əsrdən başlayaraq təqribən 500 il boyunca 1 milyondan çox insan kafirlik, cadugərlik, zina, nigahdan kənar övlad dünyaya gətirmə vəs. bu kimi səbəblərlə ittiham edilərək işgəncələr görmüşdür.  


İnkvizisiya məhkəmələrinin simvolu

Soyuq, nəm və qaranlıq olan işgəncə otaqlarının döşəmə hissəsi axıdılan qanları əmə bilməsi üçün adətən qumla örtülü olurmuş.  İlk işgəncədən keçirildikdən sonra qurbanlar ac və susuz saxlanılır, xüsusi doktorlar tərəfindən müayinədən keçirilirdi. İttihamları qəbul etməyən qurbanlara ölənə qədər işgəncə verilirdi. İstintaq mərhələləri boyunca hər bir işgəncə bir öncəkindən daha ağrılı və daha dəhşətli olurdu. 


Günahkarlar çılpaq vəziyyətdə incə və kəskin payalara oturdulurdu. İşgəncənin mənbəyinin Aşur-Babil dövrünə aid olduğu təxmin edilir. Tarixdə Drakula ləqəbli Voyvoda III Vlad Tepeş də Osmanlı dövlətinin əsir düşən əskərlərini bu işgəncə üsulu ilə öldürmüşdür. 

İfritənin stulu -  müxtəlif ölçü və formalarda olan qızdırılmış, tikan və qandallarla təchiz edilmiş stullar xüsusilə cadugərliklə ittiham olunan qadınlar  üçün istifadə edilirdi.

İçərisi kəskin uclu tikanlarla təchiz edilmiş maskalar  "sahibləri" sayılan kişilərə, kişilərin hakimiyyətlərinə qarşı çıxan qadınlara qarşı tətbiq edilirdi. 

Dartma taxtası - Avropanın bütün yerlərində tətbiq edilən ən ağır işgəncə üsullarından idi.  Məhkumlar masanın üzərinə uzandırılır, əlləri, qolları zəncirlənir və əzələləri parçalana qədər dartılırdı. 

Bağırsağın çıxarılması - məhkumun qarnı cırılır, bütün içalatı çıxardılırdı. 

Fransa inqilabı ilə məşhur olan Gilyotin edam maşını (məhkumun kəlləsinin kəsilməsi)  fransalı Jozef İgnas-de Gilyoten tərəfindən təklif edilmişdi və onun düşüncəsinə görə daha ağrısız, daha humanist edam üsulu idi.  Fransa kralı XVI Lüdovik və xanımı Maria Antuanette də gilyotinlə edam edilmişdir.



Zina və cadugərlikdə ittiham edilən qadınlar üçün tətbiq edilən, "İspan atı" adı verilən işgəncə üsulu.  Məhkum qadınlar, vaginaları taxtanın kəskin ucuna sancılı şəkildə oturdulurdular. 

Sorğulama kürsüsü

Dünyanın bir çox şəhərlərində təşkil edilən sərgi 30 il öncə İtaliyalı kolleksioner C.Pier Luigi tərəfindən hazırlanıb. 

Ekspozisiyada 70-ə yaxın işgəncə aləti nümayiş olunur. 

Hər gün (10:00-18:00) xidmətə açıqdır və cari ilin avqust ayının 18-nə qədər davam edəcək. 
Giriş qiyməti - 5 AZN-dir. 

https://icherisheher.gov.az/az/calendar/34

No comments:

Post a Comment