Kino, Teatr Muzeyi və İncəsənət Kitabxanası ilk dəfə 2001-ci ildə Türkiyənin, Beyoğlunda Atlas, Şişlidə Kent, Beykoz Kavacıkda Boğaziçi sinemalarının
qurucusu və sahibi, rejissor və ssenari yazarı Türker İnanoğlu tərəfindən 1997-ci ildən fəaliyyət göstərən Türker Vəqfi nəzdində xidmətə açılmışdır.
Muzeyin, “Sinema muzeyi”, “Sinema və televiziya muzeyi” və “Teatr
muzeyi” adlı mərtəbələrində yerləşdirilmiş, türk kino və teatrında əvəzsiz xidmətləri
olan rejissor və sənətçilərinin adlarını daşıyan 13 salonda, türk kinosunun yarandığı gündən tarix
boyu istifadə edilən cihazlar, Kemal Sunal, Adile Naşit, Tarık Akan, Yılmaz
Güney, Sadri Alışık və başqa aktyor və aktrisaların balmumu heykəlləri, Türkiyədə
sinemanın doğulduğu yer hesab edilən Beyoğlunun sinemalarına aid tarixi sənədlər,
Çalıkuşu, Sürü, Kemal Sunal filmləri və s. kino afişaları, çağdaş türk
teatrının yaradıcısı, 1922-1939- cu illərdə Türkiyədə kino çəkən yeganə
rejissor Muhsin Ertuğrulun ilk səsli türk filmi olan “İstanbul küçələri” nin çəkdiyi
kamera, Türkiyə Dövlət Televiziyasının (TRT) ilk ağ-qara və rəngli
kameralarının da daxil olduğu 17000-dən çox eksponat sərgilənir.
4-cü mərtəbədə türk yazarı Murat Urazın oğlu
rejissor, kino və teatr aktyoru Ulvi Urazın adını daşıyan kitabxana yerləşir. Kitabxanada kino, teatr, mədəniyyətə aid
kitab, jurnal, sənədlər arxivi və oxuma zalı var.
Ən üst mərtəbə Haliç və Boğaz mənzərəli 250
nəfərlik teras kafe kimi xidmət göstərir. Muzey həm də sənət, ədəbiyyat, mədəniyyət tədbirləri
və sərgilərə ev sahibliyi edir.
![]() |
Türker İnanoğlu balmumu heykeli |
İş günləri: Çərşənbə axşamı - Bazar günü : 10:00 - 18:00
Qiymətlər: 10 türk lirası; Tələbə, müəllim və təqaüdçülər: 5 türk lirası.
Ünvan: Yeni Çarşı küçəsi 24, Galatasary meydanı, Beyoğlu.
No comments:
Post a Comment