“Ankara Klassiki”nə çevrilmiş Dost Kitabevi fəaliyyət dövrünün 40 ilini
geridə qoyub.
İlk dəfə 1977-ci ildə Ankaranın Çankaya hissəsində Sıhhiye səmtindəki
Zafer çarşısında açılmışdı.
Sahibi Ankarada doğulub boya-başa çatan Erdal Akalındır.
Kitabların da silahlar qədər təhlükə mənbəyi kimi görüldüyü siyasi çəkişməli
çətin dönəmlər keçirib Dost Kitabevi.
Ölkədaxili çəkişmələr zamanı bir dəfə bombalanıb, bir dəfə yandırılıb. Erdal
Akalın mağazasında satdığı kitablar səbəbindən 7 dəfə nəzarətə alınıb, ən uzunu
5 ay davam edən qısa müddətlərlə 3 dəfə həbs edilib.
2000-ci illərin əvvəllərindən, zaman zaman Ankaranın İstiklal Caddesi
adlandırılan Kızılayın Karanfil küçəsinə köçürülüb. Və bugün Ankaralı gənclərin Kızılaydakı məşhur
görüş yerlərindən biridir.
Mağazada satış üçün nəzərdə tutulan Sosyologiya, Antropologiya, Tarix,
Biyoqrafiya, Elm, Fəlsəfə, Din, İqtisadiyyat, Turizm, Psixologiya, İncəsənət, Ədəbiyyat,
Mədəniyyət vəs. onlarla kateqoriyaya ayrılmış 47 min növ kitab var.
Dost kitabevi həm də nəşriyyat evi kimi xidmət
göstərir. Bugünə qədər 600-dən çox kitab nəşr edilib. Kitabevi və nəşriyyat
evinin birlikdə 100-dən çox işçisi var.
İnternet üzərindən satış xidmətləri yoxdur. Kitab mağazalarını gəzərək, kitabları bir-bir
incələyərək kitab almaqdan zövq alanlar üçün əsas fərqidir bu Dost kitabevinin.
Sadəcə bir bölməsindəki kitablar içərisindən seçim etmək ən az yarım saata qədər zaman ala bilir.
http://www.dostyayinevi.com/TR/belge/1-1887/dost-kitabevi.html
Ünvan: Kızılay mahallesi, Karanfil Sokak 11, Çankaya, Ankara.
https://www.google.com/maps/place/Dost+Bookstore/@39.9197234,32.8553333,15z/data=!4m5!3m4!1s0x0:0x279dab44977ddb09!8m2!3d39.9197234!4d32.8553333
No comments:
Post a Comment