Thursday, March 7, 2019

İstanbulda kitabevi&kafe konseptli məkanlar,.



Anadolu Yakasından başlayırıq,.

İlk ünvan “Akademi 1971 Kitabevi&Kafe”  



İlk dəfə 1971-ci ildə Hadi Olca tərəfindən Beşiktaşın Nişantaşı səmtində açılmışdı. Dövrün yazar , şair və sənət adamlarının ədəbi, bədii, siyasi vəs. tədbirlərlə, söhbətlərlə zaman keçirdiyi məşhur məkanlarından  idi.  20 il aradan sonra 2013-cü ilin aprel ayında Hadi Olcanın oğlu Muzaffer Olca və yazar Özcan Sapan tərəfindən, bu dəfə, qədim zamanlarda, mənası “Korlar Şəhəri” olan Kalkhedon adlandırılan, bugün əhalisinin böyük hissəsinin əsasən gənc təbəqədən ibarət olduğu Kadıköyün Moda səmtindəki Caferağa məhəlləsində yenidən xidmətə açılmışdır.  Məkanın giriş hissəsində satış üçün nəzərdə tutulan kitablar və kafe, aşağı mərtəbəsində daha bir qapalı kafe və araşdırma, mütaliə üçün istifadə edə biləcəyimiz Hadi Olca kitabxanası yerləşir.  






Davamlı olaraq imza günləri, yazarlar, şairlərlə görüşlər və s. tədbirlər keçirilir.  Həftənin 7 günü (həftəiçi 09:00-22:00; həftəsonları 09:00-23:00) xidmət göstərən kitabevi&kafe dərs çalışmaq, mütaliə, dostlarla söhbət, bir sözlə mədəni xoş istirahət üçün Kadıköydəki ideal məkanlardandır. 


https://www.instagram.com/akademi1971/?hl=tr



                                           “Tasarım Bookshop&Café”



“Kadıköyün Beyoğlusu” adlandırılan Bahariye caddesi üzərində yerləşir.   3 mərtəbədən ibarət olan məkan  kitab satışı və kafe xidməti göstərir. Daha çox dizayn, memarlığa aid kitablar, özəlliklə xarici dillərdəki nəşrlərə geniş yer verilib.   





https://www.instagram.com/tasarimbookshop/


Kadıköyün Moda səmtində daha bir kitabevi&kafe  “Page Cafe Gallery”
Məkanın divarlarını bəzəyən kitablardan istədiyinizi seçib oxuya, rəsm əsərlərindən bəyəndiyinizi satın ala bilərsiniz.  





Burada həm də müxtəlif rəsm sərgiləri təşkil edilir.


https://www.instagram.com/pagecafegallery/

Üsküdarın, kilsə, məscid və sinaqoqların yan yana olduğu, İstanbulun Asiya hissəsində musəvilərin ilk dəfə yerləşdikləri səmti Kuzguncukda, 19-cu əsrin sonlarında Osmanlı dövrünün məşhur memarlarından Balyan Qardaşları tərəfindən inşa edilmiş tarixi binada yerləşən Nail Kitabevi&Kafe.  




2015-ci ilin iyun ayından xidmət göstərir.  Qurucusu Erhan Nailoğludur. Kitablar, kofelər, evdə hazırlanmış limonat və şirniyyatlarlar. 







Nail kitab həm də nəşriyyat evi  və sənət qalereyası olaraq  fəaliyyət göstərir. 


http://www.nailkitabevi.com/
https://www.instagram.com/nail_kitabevi/

Boğaziçi üzərindən keçirik Avropa Yakasına,.,.
Barbaros Hayreddin Paşanın gəmilərini bağlamaq üçün inşa etdirdiyi beş daşdan adını alan, hər zaman canlı Beşiktaşın Akaretlərdən Maçka Demokrasi parkına gedən yolun üzərindəki Vişnezade səmtində, memar Ali Nazım Tokuz və həyat yoldaşı, insan resursları mütəxəssisi Petek Tokuzun şəxsi əmlakları olan köhnə binada xəyallarını gerçəkləşdirdikləri Minoa kitabevi&Kafe    


         

           
Əksəriyyəti daimi olan müştərilərini limon ağacı və çoxlu çiçəklərlə dolu kiçik bağçası ilə qarşılayır.  






Fərqli xidmətləri var Minoanın: kitablar, dəftərxana, kafe hissəsində satın almadan oxuya biləcəyiniz ikinci əl kitablar, dadlı təamlar, həftəsonları əyləncəli səhər yeməkləri, cümə günləri caz geceləri,.,. 






http://minoa.com.tr/
https://www.instagram.com/minoabooksandcoffee/

Akaretlerdən Sinanpaşaya doğru enirik. 

KırmızıKedi Kitabevi, həm də nəşriyyat evi. 



Sahibi Haluk Hepkon. Beyoğlu Tüneldə (hələ də fəaliyyət göstərməkdədir) kiçik bir kitab mağazası idi. Hazırda İstanbulda 8 filialı var.  Bir tək Beşiktaş  Sinanpaşadakı (Beşiktaşda ikinci filial, digəri Ortaköyə gedən yolda, Çırağan caddesindədir ) ən son açılan filialı  (mərkəz filial) Kitabevi&Kafe konseptindədir.  İlk 3 mərtəbəsi kitabevi, 4-cü və 5-ci mərtəbələri Boğaz mənzərəli kafe və terasdan ibarətdir. 




https://www.kirmizikedi.com/

https://www.instagram.com/kirmizikediyayinevi/


Beşiktaş sahilindən Boğaz havası udaraq Dolmabahçe sarayından, Dolmabahçe məscidindən keçərək Kabataşdan tramvaya minir və Karaköyə gəlirik. Karaköyün rəngarəng kafe və restoranlarıyla məşhur Kemankeş caddesində Fil kitabevi&kafe.    









http://www.filbooks.net/
https://www.instagram.com/filbooks/


Çox kültürlü, çox rəngli, çox səsli Beyoğlunun İstiklal caddesinə doğru qalxırıq. Qarşımıza çıxan ilk məkan  1955-ci ildən fəaliyyət göstərən Türk-Alman Kitabevi&kafe.  










http://turkalmankitabevi.com/

https://www.instagram.com/turkalmankitabevicafe/?hl=tr


İstiklal Caddesi üzərində davam edirik. Galatasaray Lisesini keçirik və bir çox tarixi binaların yerləşdiyi Tomtom məhəlləsindəyik.  İstos 9 ildir fəaliyyət göstərən bir nəşriyyat evidir. Dose&İstos Kitabevi&kafe isə iki ilə yaxındır açılıb.  




İstanbullu  7 rumun ortaq layihəsidir. Hətta kino da çəkirlər. 


http://istospoli.com/
https://www.instagram.com/istoskafe_kitabevi/


İstiklal caddesindəki son ünvan Mephisto Kitabevi&kafe.  Kitab, dəftərxana, CD, DVD, jurnal, qəzet, nə axtarsanız var bu məkanda. Ən üst mərtəbəsi caddenin səs küyündən uzaq yaşıllıqlar içərisində kafedir.  Beyoğlu filialından əlavə Beşiktaşın Sinanpaşa məhəlləsində və Kadıköyün Caferağa məhəlləsində də əlavə iki filialı xidmət göstərir.  



                                                                  
                                                  Mephisto Beyoğu 


                                                  
                                               Mephisto Kadıköy


https://www.mephisto.com.tr/
https://www.instagram.com/mephistokitabevi/

No comments:

Post a Comment