Türkiyə Cumhuriyyətinin ilk həbsxanasıdır Ulucanlar cəzaevi. 1923-cü
ildə paytaxt Ankarada inşa edilmiş hərbi depo olub. 1925-ci ildən 2006-cı ilin
iyul ayına qədər həbxsana olaraq fəaliyyət göstərib. 2011-ci ildə Ulucanlar Cəzaevi Muzeyi adı ilə xidmətə
açılıb.
Siyasətdən ədəbiyyata, ədəbiyyatdan sənətə, Necip Fazıl, Nazım Hikmet, Ahmet Arif, Yılmaz Güney, Bülent Ecevit, Behice Boran, Deniz Gezmiş, Yusuf Aslan, Hüseyin İnan, Erdal Eren, Muhsin Yazıcıoğlu, Doğu Perinçek, Leyla Zana, Oral Çalışlar, İpek Çalışlar vəs. yüzlərlə məhkumun həbsxana həyatlarına, işkəncələrə, edamlara şahidlik edən divarlar, təcrid otaqları, məhkumluq dönəmində çəkilmiş fotolar, məhkumların istifadə etdikləri əşyalar 81 illik tarixi yolculuğa götürür ziyarətçilərini.
Türkiyə Cumhuriyətinin 16-cı başnaziri Bülent Ecevitin 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra Ulucanlar cəzaevindəki məhkumluq dönəmində istifadə etdiyi şəxsi əşyaları
Digər təcrid otaqlarına nisbətən komfort olması səbəbi ilə Hilton adlandırılan koğuş
Məhkumluq dönəmində çəkilmiş fotolardan,.
Erdal Eren 1980-ci ildə ölkədə baş verən daxili siyasi çəkişmələr zamanı bir əskəri öldürdüyü iddiası ilə həbs edilmişdi. 17 yaşında idi. Türk Cəza Qanunu 18 yaşdan kiçik vətəndaşlar barəsində edam qərarı verilməsinə icazə vermirdi. Saxta sənədlərlə yaşı 18 edilmiş və asılaraq həyatına son verilmişdir.
Son məktubundakı son sözləri: "Hamınıza azad və xoşbəxt həyat arzu edirəm" ,.
Hər ilin 13 dekabr günü "Erdal Eren hep 17 yaşında" şüarı ilə anılır,.
Dövrünün siyasi fəallarından idi Deniz Gezmiş. Marksizm ideologiyasını dəstəkləyirdi. Ən yaxın mübarizə yoldaşları Yusuf Aslan və Hüseyn İnan ilə birlikdə 6 may 1972-ci il tarixində Ulucanlar cəzaevində asılaraq edam edilmişdir.
Bu məktub Can Dündarın Abim Deniz adlı kitabından götürülmüşdür
Kitabı əldə etmək istəyənlər üçün ↓
https://www.dr.com.tr/kitap/abim-deniz/edebiyat/anlati/urunno=0000000620387
Və o "məşhur" edam ağacı,.,....
Edam edilənlərin siyahısı
Günəşli bir ilk bahar günündə Ankara Ulucanlar cəzaevi muzeyi gəzintimdən,.
Həbsxana divarlarına məhkumlar tərəfindən yazılmış sözlər və rəsm edilmiş türk bayrağı
Muzeyin internet adresində virtual gəzinti etmək mümkündür ↓
https://www.ulucanlarcezaevimuzesi.com/
Bazar ertəsi günləri istisna olmaqla həftənin hər günü (10:00-17:00) xidmətə açıqdır.
13 yaşdan kiçik uşaqlar muzeyə qəbul edilmir.
Bir nəfər üçün biletin qiyməti: 5 türk lirası (tələbələr üçün 2 türk lirası).
Ünvan: Ulucanlar caddesi, Altındağ, Ankara
https://www.orayanasilgiderim.com/ankara/ulucanlar-cezaevi-muzesi/
Siyasətdən ədəbiyyata, ədəbiyyatdan sənətə, Necip Fazıl, Nazım Hikmet, Ahmet Arif, Yılmaz Güney, Bülent Ecevit, Behice Boran, Deniz Gezmiş, Yusuf Aslan, Hüseyin İnan, Erdal Eren, Muhsin Yazıcıoğlu, Doğu Perinçek, Leyla Zana, Oral Çalışlar, İpek Çalışlar vəs. yüzlərlə məhkumun həbsxana həyatlarına, işkəncələrə, edamlara şahidlik edən divarlar, təcrid otaqları, məhkumluq dönəmində çəkilmiş fotolar, məhkumların istifadə etdikləri əşyalar 81 illik tarixi yolculuğa götürür ziyarətçilərini.
Digər təcrid otaqlarına nisbətən komfort olması səbəbi ilə Hilton adlandırılan koğuş
Məhkumluq dönəmində çəkilmiş fotolardan,.
Erdal Eren 1980-ci ildə ölkədə baş verən daxili siyasi çəkişmələr zamanı bir əskəri öldürdüyü iddiası ilə həbs edilmişdi. 17 yaşında idi. Türk Cəza Qanunu 18 yaşdan kiçik vətəndaşlar barəsində edam qərarı verilməsinə icazə vermirdi. Saxta sənədlərlə yaşı 18 edilmiş və asılaraq həyatına son verilmişdir.
Son məktubundakı son sözləri: "Hamınıza azad və xoşbəxt həyat arzu edirəm" ,.
Dövrünün siyasi fəallarından idi Deniz Gezmiş. Marksizm ideologiyasını dəstəkləyirdi. Ən yaxın mübarizə yoldaşları Yusuf Aslan və Hüseyn İnan ilə birlikdə 6 may 1972-ci il tarixində Ulucanlar cəzaevində asılaraq edam edilmişdir.
Kitabı əldə etmək istəyənlər üçün ↓
https://www.dr.com.tr/kitap/abim-deniz/edebiyat/anlati/urunno=0000000620387
Və o "məşhur" edam ağacı,.,....
Edam edilənlərin siyahısı
Günəşli bir ilk bahar günündə Ankara Ulucanlar cəzaevi muzeyi gəzintimdən,.
Həbsxana divarlarına məhkumlar tərəfindən yazılmış sözlər və rəsm edilmiş türk bayrağı
Muzeyin internet adresində virtual gəzinti etmək mümkündür ↓
https://www.ulucanlarcezaevimuzesi.com/
13 yaşdan kiçik uşaqlar muzeyə qəbul edilmir.
Bir nəfər üçün biletin qiyməti: 5 türk lirası (tələbələr üçün 2 türk lirası).
Ünvan: Ulucanlar caddesi, Altındağ, Ankara
https://www.orayanasilgiderim.com/ankara/ulucanlar-cezaevi-muzesi/
No comments:
Post a Comment