Saturday, March 23, 2019

Kitabsevərlərin Ankaradakı DOSTu

“Ankara Klassiki”nə çevrilmiş Dost Kitabevi fəaliyyət dövrünün 40 ilini geridə qoyub.



İlk dəfə 1977-ci ildə Ankaranın Çankaya hissəsində Sıhhiye səmtindəki  Zafer çarşısında açılmışdı.
Sahibi Ankarada doğulub boya-başa çatan Erdal Akalındır.
Kitabların da silahlar qədər təhlükə mənbəyi kimi görüldüyü siyasi çəkişməli çətin dönəmlər keçirib Dost Kitabevi. Ölkədaxili çəkişmələr zamanı bir dəfə bombalanıb, bir dəfə yandırılıb. Erdal Akalın mağazasında satdığı kitablar səbəbindən 7 dəfə nəzarətə alınıb, ən uzunu 5 ay davam edən qısa müddətlərlə 3 dəfə həbs edilib.
2000-ci illərin əvvəllərindən, zaman zaman Ankaranın İstiklal Caddesi adlandırılan Kızılayın Karanfil küçəsinə köçürülüb.  Və bugün Ankaralı gənclərin Kızılaydakı məşhur görüş yerlərindən biridir.  
Mağazada satış üçün nəzərdə tutulan Sosyologiya, Antropologiya, Tarix, Biyoqrafiya, Elm, Fəlsəfə, Din, İqtisadiyyat, Turizm, Psixologiya, İncəsənət, Ədəbiyyat, Mədəniyyət vəs. onlarla kateqoriyaya ayrılmış 47 min növ kitab var.  





Dost kitabevi həm də nəşriyyat evi kimi xidmət göstərir. Bugünə qədər 600-dən çox kitab nəşr edilib. Kitabevi və nəşriyyat evinin birlikdə 100-dən çox işçisi var. 


İnternet üzərindən satış xidmətləri yoxdur.  Kitab mağazalarını gəzərək, kitabları bir-bir incələyərək kitab almaqdan zövq alanlar üçün əsas fərqidir bu Dost kitabevinin.  Sadəcə bir bölməsindəki kitablar içərisindən seçim etmək ən az yarım saata qədər zaman ala bilir. 




Thursday, March 21, 2019

Ulucanlar Cəzaevi Muzeyi

Türkiyə Cumhuriyyətinin ilk həbsxanasıdır Ulucanlar cəzaevi. 1923-cü ildə paytaxt Ankarada inşa edilmiş hərbi depo olub. 1925-ci ildən 2006-cı ilin iyul ayına qədər  həbxsana olaraq fəaliyyət göstərib.  2011-ci ildə Ulucanlar Cəzaevi Muzeyi adı ilə xidmətə açılıb. 







Siyasətdən ədəbiyyata, ədəbiyyatdan sənətə, Necip Fazıl, Nazım Hikmet, Ahmet Arif, Yılmaz Güney, Bülent Ecevit, Behice Boran, Deniz Gezmiş, Yusuf Aslan, Hüseyin İnan, Erdal Eren, Muhsin Yazıcıoğlu, Doğu Perinçek, Leyla Zana, Oral Çalışlar, İpek Çalışlar vəs. yüzlərlə məhkumun həbsxana həyatlarına, işkəncələrə, edamlara şahidlik edən divarlar, təcrid otaqları, məhkumluq dönəmində çəkilmiş fotolar, məhkumların istifadə etdikləri əşyalar 81 illik tarixi yolculuğa götürür ziyarətçilərini.  




















 Türkiyə Cumhuriyətinin 16-cı başnaziri Bülent Ecevitin 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra Ulucanlar cəzaevindəki məhkumluq dönəmində istifadə etdiyi şəxsi əşyaları

Digər təcrid otaqlarına nisbətən komfort olması səbəbi ilə Hilton adlandırılan koğuş

Məhkumluq dönəmində çəkilmiş fotolardan,.









Erdal Eren 1980-ci ildə ölkədə baş verən daxili siyasi çəkişmələr zamanı bir əskəri öldürdüyü iddiası ilə həbs edilmişdi. 17 yaşında idi. Türk Cəza Qanunu 18 yaşdan kiçik vətəndaşlar barəsində edam qərarı verilməsinə icazə vermirdi. Saxta sənədlərlə yaşı 18 edilmiş və asılaraq həyatına son verilmişdir.




Son məktubundakı son sözləri:  "Hamınıza azad və xoşbəxt həyat arzu edirəm" ,. 
Hər ilin 13 dekabr günü "Erdal Eren hep 17 yaşında" şüarı ilə anılır,.

Dövrünün siyasi fəallarından idi Deniz Gezmiş. Marksizm ideologiyasını dəstəkləyirdi. Ən yaxın mübarizə yoldaşları Yusuf Aslan və Hüseyn İnan ilə birlikdə 6 may 1972-ci il tarixində Ulucanlar cəzaevində asılaraq edam edilmişdir.






                          Bu məktub Can Dündarın Abim Deniz adlı kitabından götürülmüşdür

 Kitabı əldə etmək istəyənlər üçün ↓
https://www.dr.com.tr/kitap/abim-deniz/edebiyat/anlati/urunno=0000000620387

                                 Və  o "məşhur" edam ağacı,.,....


                                                         
                                       Edam edilənlərin siyahısı



                                   
  Günəşli bir ilk bahar günündə Ankara Ulucanlar cəzaevi muzeyi gəzintimdən,.





   

   Həbsxana divarlarına məhkumlar tərəfindən yazılmış sözlər və rəsm edilmiş türk bayrağı



Muzeyin internet adresində virtual gəzinti etmək mümkündür ↓
https://www.ulucanlarcezaevimuzesi.com/


Bazar ertəsi günləri istisna olmaqla həftənin hər günü (10:00-17:00) xidmətə açıqdır.
13 yaşdan kiçik uşaqlar muzeyə qəbul edilmir.
Bir nəfər üçün biletin qiyməti: 5 türk lirası (tələbələr üçün 2 türk lirası).

Ünvan: Ulucanlar caddesi, Altındağ, Ankara  
https://www.orayanasilgiderim.com/ankara/ulucanlar-cezaevi-muzesi/





Friday, March 15, 2019

Bugün günlərdən Vaqif Mustafazadə,.


Tarixi kökləri Şumerlərə qədər uzanan muğam  və  Amerikada yaşayan Afrikalı qulların Ragtime,  Blues qədim xalq musiqilərindən yaranan caz. Və Azərbaycan muğamı ilə Amerikan cazının sintezindən yaranan muğam caz. Banisi Vaqif Mustafazadə. 39 illik ömrü boyunca yazıb yaratdığı İçərişəhərdəki evi,  aralarında Vaqif Mustafazadənin ilk musiqi müəlliməsi olan anası Zivər xanıma məxsus özünün və qızı Əzizənin ilk çaldığı piano, heykəltəraş Azad Zeynalovun diplom işi olan Vaqif Mustafazadə heykəli, heykəltəraş Asim Quliyevin Vaqif Mustafazadə qalvanik portreti, bir zamanlar Vaqif Mustafazadənin ölüm xəbərini də Amerikanın Səsindən dünyaya çatdıran Willis Conoverin Caz saatlarını dinlədiyi VEF 12 radioqəbuledicisi, qramafon valları, maqnitofonu, ailə fotolarının da olduğu 1200-dən artıq eksponatdan ibarət ev-muzeyi olaraq fəaliyyət göstərir. 






                                      Heykəltəraş Azad Zeynalovun diplom işi 



 Həftənin 1-ci günləri istisna olmaqla hər gün xidmətə açıqdır.

Ünvan: İçəri Şəhər, Vaqif Mustafazadə döngəsi.

http://www.vaqifmustafazade.az/flash/x.html

https://www.google.com/maps/place/V.+Mustafazad%C9%99nin+ev+muzeyi/@40.3650355,49.8347822,15z/data=!4m5!3m4!1s0x0:0x2dc442b5d7c26b84!8m2!3d40.3650355!4d49.8347822


Thursday, March 7, 2019

İstanbulda kitabevi&kafe konseptli məkanlar,.



Anadolu Yakasından başlayırıq,.

İlk ünvan “Akademi 1971 Kitabevi&Kafe”  



İlk dəfə 1971-ci ildə Hadi Olca tərəfindən Beşiktaşın Nişantaşı səmtində açılmışdı. Dövrün yazar , şair və sənət adamlarının ədəbi, bədii, siyasi vəs. tədbirlərlə, söhbətlərlə zaman keçirdiyi məşhur məkanlarından  idi.  20 il aradan sonra 2013-cü ilin aprel ayında Hadi Olcanın oğlu Muzaffer Olca və yazar Özcan Sapan tərəfindən, bu dəfə, qədim zamanlarda, mənası “Korlar Şəhəri” olan Kalkhedon adlandırılan, bugün əhalisinin böyük hissəsinin əsasən gənc təbəqədən ibarət olduğu Kadıköyün Moda səmtindəki Caferağa məhəlləsində yenidən xidmətə açılmışdır.  Məkanın giriş hissəsində satış üçün nəzərdə tutulan kitablar və kafe, aşağı mərtəbəsində daha bir qapalı kafe və araşdırma, mütaliə üçün istifadə edə biləcəyimiz Hadi Olca kitabxanası yerləşir.  






Davamlı olaraq imza günləri, yazarlar, şairlərlə görüşlər və s. tədbirlər keçirilir.  Həftənin 7 günü (həftəiçi 09:00-22:00; həftəsonları 09:00-23:00) xidmət göstərən kitabevi&kafe dərs çalışmaq, mütaliə, dostlarla söhbət, bir sözlə mədəni xoş istirahət üçün Kadıköydəki ideal məkanlardandır. 


https://www.instagram.com/akademi1971/?hl=tr



                                           “Tasarım Bookshop&Café”



“Kadıköyün Beyoğlusu” adlandırılan Bahariye caddesi üzərində yerləşir.   3 mərtəbədən ibarət olan məkan  kitab satışı və kafe xidməti göstərir. Daha çox dizayn, memarlığa aid kitablar, özəlliklə xarici dillərdəki nəşrlərə geniş yer verilib.   





https://www.instagram.com/tasarimbookshop/


Kadıköyün Moda səmtində daha bir kitabevi&kafe  “Page Cafe Gallery”
Məkanın divarlarını bəzəyən kitablardan istədiyinizi seçib oxuya, rəsm əsərlərindən bəyəndiyinizi satın ala bilərsiniz.  





Burada həm də müxtəlif rəsm sərgiləri təşkil edilir.


https://www.instagram.com/pagecafegallery/

Üsküdarın, kilsə, məscid və sinaqoqların yan yana olduğu, İstanbulun Asiya hissəsində musəvilərin ilk dəfə yerləşdikləri səmti Kuzguncukda, 19-cu əsrin sonlarında Osmanlı dövrünün məşhur memarlarından Balyan Qardaşları tərəfindən inşa edilmiş tarixi binada yerləşən Nail Kitabevi&Kafe.  




2015-ci ilin iyun ayından xidmət göstərir.  Qurucusu Erhan Nailoğludur. Kitablar, kofelər, evdə hazırlanmış limonat və şirniyyatlarlar. 







Nail kitab həm də nəşriyyat evi  və sənət qalereyası olaraq  fəaliyyət göstərir. 


http://www.nailkitabevi.com/
https://www.instagram.com/nail_kitabevi/

Boğaziçi üzərindən keçirik Avropa Yakasına,.,.
Barbaros Hayreddin Paşanın gəmilərini bağlamaq üçün inşa etdirdiyi beş daşdan adını alan, hər zaman canlı Beşiktaşın Akaretlərdən Maçka Demokrasi parkına gedən yolun üzərindəki Vişnezade səmtində, memar Ali Nazım Tokuz və həyat yoldaşı, insan resursları mütəxəssisi Petek Tokuzun şəxsi əmlakları olan köhnə binada xəyallarını gerçəkləşdirdikləri Minoa kitabevi&Kafe    


         

           
Əksəriyyəti daimi olan müştərilərini limon ağacı və çoxlu çiçəklərlə dolu kiçik bağçası ilə qarşılayır.  






Fərqli xidmətləri var Minoanın: kitablar, dəftərxana, kafe hissəsində satın almadan oxuya biləcəyiniz ikinci əl kitablar, dadlı təamlar, həftəsonları əyləncəli səhər yeməkləri, cümə günləri caz geceləri,.,. 






http://minoa.com.tr/
https://www.instagram.com/minoabooksandcoffee/

Akaretlerdən Sinanpaşaya doğru enirik. 

KırmızıKedi Kitabevi, həm də nəşriyyat evi. 



Sahibi Haluk Hepkon. Beyoğlu Tüneldə (hələ də fəaliyyət göstərməkdədir) kiçik bir kitab mağazası idi. Hazırda İstanbulda 8 filialı var.  Bir tək Beşiktaş  Sinanpaşadakı (Beşiktaşda ikinci filial, digəri Ortaköyə gedən yolda, Çırağan caddesindədir ) ən son açılan filialı  (mərkəz filial) Kitabevi&Kafe konseptindədir.  İlk 3 mərtəbəsi kitabevi, 4-cü və 5-ci mərtəbələri Boğaz mənzərəli kafe və terasdan ibarətdir. 




https://www.kirmizikedi.com/

https://www.instagram.com/kirmizikediyayinevi/


Beşiktaş sahilindən Boğaz havası udaraq Dolmabahçe sarayından, Dolmabahçe məscidindən keçərək Kabataşdan tramvaya minir və Karaköyə gəlirik. Karaköyün rəngarəng kafe və restoranlarıyla məşhur Kemankeş caddesində Fil kitabevi&kafe.    









http://www.filbooks.net/
https://www.instagram.com/filbooks/


Çox kültürlü, çox rəngli, çox səsli Beyoğlunun İstiklal caddesinə doğru qalxırıq. Qarşımıza çıxan ilk məkan  1955-ci ildən fəaliyyət göstərən Türk-Alman Kitabevi&kafe.  










http://turkalmankitabevi.com/

https://www.instagram.com/turkalmankitabevicafe/?hl=tr


İstiklal Caddesi üzərində davam edirik. Galatasaray Lisesini keçirik və bir çox tarixi binaların yerləşdiyi Tomtom məhəlləsindəyik.  İstos 9 ildir fəaliyyət göstərən bir nəşriyyat evidir. Dose&İstos Kitabevi&kafe isə iki ilə yaxındır açılıb.  




İstanbullu  7 rumun ortaq layihəsidir. Hətta kino da çəkirlər. 


http://istospoli.com/
https://www.instagram.com/istoskafe_kitabevi/


İstiklal caddesindəki son ünvan Mephisto Kitabevi&kafe.  Kitab, dəftərxana, CD, DVD, jurnal, qəzet, nə axtarsanız var bu məkanda. Ən üst mərtəbəsi caddenin səs küyündən uzaq yaşıllıqlar içərisində kafedir.  Beyoğlu filialından əlavə Beşiktaşın Sinanpaşa məhəlləsində və Kadıköyün Caferağa məhəlləsində də əlavə iki filialı xidmət göstərir.  



                                                                  
                                                  Mephisto Beyoğu 


                                                  
                                               Mephisto Kadıköy


https://www.mephisto.com.tr/
https://www.instagram.com/mephistokitabevi/